Polislə evli olan müəllim evində iki oğlanla cinsi əlaqədə olarkən tutuldu – FOTO

14:24 | 2 Mart, 2020

ABŞ-ın Oklahoma ştatındakı “Oologah-Talala” liseyi ilə bağlı açılan tükürpədici faktlar ölkənin gündəmini zəbt edib.

Editor.az milli.az-a istinadən xəbər verir ki, müəllim Haylie Smartın 17 yaşlı bir oğlan şagirdi ilə başlayan münasibəti 18 yaşı tamam olduqda cinsi əlaqə ilə yekunlaşıb.

29 yaşlı qadın müəllimin iki həftə ərzində şagirdi ilə evində və sinifdə sekslə məşğul olduğu ortaya çıxıb.

Saxlanılan Smart hakim qarşısına çıxarılacaq.

Anoloji olay Yuta ştatında da təkrarlanıb. Bir məktəbdə rəqs müəllimliyi edən Sarah Lindsay Lewis, bir polislə ailəli idi. Ərinə iki oğlan şagirdi ilə xəyanət edərkən yaxalanıb. Sarah şagirdləri ilə əriylə birgə yaşadığı evdə cinsi əlaqədə olarkən tutulub.

Qeyd edək ki, yataq otağında şagirdləri ilə intim əlaqədə olan müəllim o anları mobil telefonunun kamerası ilə çəkərək rəfiqələrinə göndəribmiş.

Mövzunu Facebookda şərh et