Aİ rəhbərliyi Yunanıstan-Türkiyə sərhədinə səfər edib

21:20 | 3 Mart, 2020

Avropa İttifaqının (Aİ) rəhbərliyi Yunanıstan-Türkiyə sərhədinə səfər edib.

bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu barədə “Twitter”də bildirib.

“Avropanın sərhədlərindəki vəziyyəti müşahidə etmək üçün Yunanıstanın Baş Naziri ilə Orestiadanı ziyarət etdik. Biz Yunanıstanın səylərini dəstəkləyirik. Beynəlxalq hüquqa, insan hüquqlarına hörmət edərək sərhədləri qorumaq vacibdir”, – deyə o qeyd edib.

Ş. Mişellə birlikdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, Avropa Parlamentinin prezidenti David Sassoli və Xorvatiya Baş Naziri Andrey Plenkoviç də Yunanıstan-Türkiyə sərhədinə gedib.

Mövzunu Facebookda şərh et