Bakıda 16 yaşlı qız faciəvi şəkildə öldü

10:51 | 4 Mart, 2020

Bakıda yeniyetmə qız dəm qazından ölüb.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Yeni Yasamal 1, ev 7, mənzil 20-də yaşayan, 2004-cü il təvəllüdlü Məlikova Nəzakət Aqil qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğulub.

Yeniyetmə qızın meyiti hamamda aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanıb.

Mövzunu Facebookda şərh et