backend

""Qarabağ" haqda məlumat yığmaq çətin olmayacaq" – "Kopenhagen" rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Beş mümkün rəqibimizdən ən güclüsü “Riyeka” idi. Bizim üçün digər 4 komanda təxminən eyni səviyyəli görünürdü.
Bu sözləri Danimarkanın “Kopenhagen” klubunun texniki direktoru Yohan Lanqe deyib.
O, Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirib və Azərbaycan çempionu “Qarabağ”la görüşməkdən razı qaldığını bildirib: “Pley-off0da asan oyun olmur. Biz artıq III təsnifat mərhələsində də zəif rəqib olmadığını gördük. İlk oyunun evdə keçirilməsini istəyərdik. Amma püşk fərqli nəticələndi. Bu isə o deməkdi ki, bizi uzun səyahət gözləyir. Həmçinin isti hava, saat fərqi də əlavə çətinliklər yaradacaq. Artıq rəqib haqda məlumat toplayıb. Onu təhlil etməyə başlayacağıq. Biz əvvəllər daha qısa zaman kəsiyində də bunu etmişik. Ona görə də rəqib haqda məlumat yığmaq çətin olmayacaq. Onların qarşıda çempionat matçı olduğundan xəbərim var. Bakıya gedib, “Qarabağ”ı izləməliyik”.
Qeyd edək ki, “Qarabağ” və “Kopenhagen” arasında ilk oyun avqustun 15-16-da, cavab matçı 22-23-də keçiriləcək. Ağdam təmsilçisi həmin vaxtadək Premyer Liqanın avqustun 11-13-də keçiriləcək ilk turunda “Neftçi” ilə görüşəcək.
///apasport.az