Ronaldinyo saxta pasportla tutuldu – FOTObackend

Ronaldinyo saxta pasportla tutuldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya milli futbol komandasının və “Barselona” klubunun keçmiş yarımmüdafiəçisi Ronaldinyo saxta pasportla tutulub.

“ABC Color” bu barədə Paraqvayın Daxili İşlər naziri Euklides Asevedonun açıqlamasına əsasən xəbər yayıb.

Ronaldinyo Paraqvaya daxil olmaq üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir.

Martın 4-də axşam saatlarında idmançının qaldığı otel otağında axtarış aparılıb. Polis Ronaldinyo və onun böyük qardaşı Robertonun adına saxta pasport aşkar edib.

Onların hər ikisi hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətindədir və bu gün prokurorluqda ifadə verəcəklər.

Qeyd edək ki, Ronaldinyo vergidən yayındığına görə xarici pasportdan məhrum edilib.