Ərdoğan Moskvaya gəldi

15:25 | 5 Mart, 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.

Editor.az  Day.Az-a istinadən xəbər verir ki, bu gün Moskvada o, rusiyalı həmkarı Vladimir Putinlə İdlibdəki son durum və problemin həlli yolları barədə müzakirə aparacaq.

Səfərdə Türkiyə Prezidentini XİN rəhbəri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının rəhbəri, xəzinədarlıq və maliyyə naziri müşayiət edir.

Mövzunu Facebookda şərh et