Prezidentdən daha bir nümunə: Gənc icra başçısından özündən böyüyə yer verməsini istədi

16:35 | 5 Mart, 2020

Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən yaşca böyüyə hörmət məsələsini gündəmə gətirməsi diqqət çəkib. O, Neftçalaya icra başçısı təyin olunan 30 yaşlı Mirhəsən Seyidovdan özündən yaşca böyük olan Nahid Bağırova yer verməsini istəyib. Qeyd edək ki, N.Bağırov Prezidentin Sərəncamı ilə İsmayıllıya icra başçısı təyin olunub. Onun 40 yaşı var.

Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missisya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir: ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.

Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.

Sözügedən məqamı özündə əks etdirən süjet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.

Həmin anları təqdim edirik:

 

 

Mövzunu Facebookda şərh et