backend

Metronun "Sahil" stansiyası bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı metropoliteninin “Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq.
Bu barədə jurnalist və aparıcı Cavid Osmanov sosial şəbəkədə məlumat yazıb. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev baku.ws-ə məlumatı təsdiqləyərək, “Sahil” metro stansiyasının təmir olunacağını deyib.
Onun sözlərinə görə, bu ayın axırı metro stansiyada təmirə başlanacaq. N.Paşayev təmirin hansı müddəti əhatə edəcəyi barədə hələlik məlumat verməyib.