SOCAR Belarus üçün ilk neft tankerini yola saldıbackend

SOCAR Belarus üçün ilk neft tankerini yola saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin Ceyhan limanından Belarusa 90min ton həcmində ilk tankerini göndərib.

Bu barədə “Report”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, dünən axşam Ceyhan limanından Belarus üçün 90 min ton həcmində ilk neft partiyası yola salınıb.

O qeyd edib ki, ikinci neft partiyası təxmini olaraq martın 20-nə qədər göndərilməsi planlaşdırılır. Bu tanker Supsa limanından yola salınacaq və onun həcmi 85 min olacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib ki, SOCAR Odessa limanına iki tanker neft nəql edəcək. Belarusa nəql ediləcək ümumi neft həcmi 160 min ton nəzərdə tutulub.

Azərbaycan nefti Odessa-Brodı boru kəməri vasitəsilə Ukraynadan Belarusun Mozır neft emalı zavoduna nəql olunacaq.

Bu xəbər həm də başqa dillərdə mövcuddur: