Azərbaycanda dəhşətli hadisə: İki kişi bir qadının gözü qarşısında… – Şok təfərrüat

20:20 | 6 Mart, 2020

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin Şamilov və onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovun barəsində ittiham elan edilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Ramin Şamilov və Allahverdi İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin artırılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib. Hakim Fərid Əmirəliyev sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub və Ramin Şamilovun barəsində seçilmiş həbs müddətini 2 aya qədər artırılıb.

Bundan başqa, Binəqədi rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə baş tutan iclasda isə Allahverdi ismayılovun barəsində seçilmiş həbs müddəti 2 aya qədər artırılıb.

İttihama görə, ötən il noyabrın 9-da, saat 08.00-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Mercedes” markalı avtomobilin yük yerindən Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Elşən Abbasovun meyiti tapılıb.

Araşdırma zamanı həmin şəxsin bədənində müxtəlif xəsarətləri aşkar olunub. Həmçinin, kişinin hər iki ayağı sındırılıb. Məlum olub ki, Elçin Abbasov başından aldığı daş zərbələri nəticəsində ölüb.

Aparılan araşdırmalar zamanı noyabrın 10-da 40-cı polis bölməsinin əməkdaşları qətldə şübhəli bilinən Şəki sakinləri, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılovu və onun qohumu, 1987-ci il təvəllüdlü Ramin Şamilovu saxlayıblar.

İstintaq araşdırması zamanı Elçin Abbasovun öz inadkarlığının qurbanı olduğu üzə çıxıb. O, saxlanılan şəxslərdən birinin yaxın qohumunun qeydinə qalmağa çalışıb.

Ancaq qadın deyib ki, onun haqqında heç nə eşitmək istəmir. Elçin Abbasov ona zəng etməyə davam edib.

Bu zaman söhbətə Allahverdi İsmayılov qarışıb. O, telefon vasitəsilə Elçin Abbasovla əlaqə saxlayıb və onu Sulutəpə qəsəbəsində yaşayan qadının evinin qarışısında görüşə çağırıb.

Mövzunu Facebookda şərh et