Haqqımızda

Biz kimik?

Editor.az İnformasiya Portalı 2012-ci ilin noyabr ayında fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

www.editor.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, informasiya portalında müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnformasiya portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır.

Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyanın əlaqə vasitələrinə operativ məlumat vermək imkanları var.

Editor.az İnformasiya Portalının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

Təsisçi və Baş redaktor: Fərid ŞAHBAZLI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki