Abel Məhərrəmovun rəis qardaşı da “vuruldu”

00:04 | 17.11.2018

Ötən gün prezident İlham Əliyev tərəfindən işdən çıxarılan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov daha bir zərbə alıb.

Onun qardaşı, Ədliyyə Nazirliyinin Kadrlar idarəsi rəisi Rauf Məhərrəmovu işdən çıxarılıb.

Bu barədə sosial şəbəkə istifadəçisi Həbib Müntəzir məlumat yayıb.
O daha sonra qeyd edib ki, sabiq rektorun digər qardaşı Adil Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatası sədr müavini, Məhərrəm Məhərrəmov isə Prezident Aparatının Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
Qardaşlar İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Oğlu Anar Məhərrəmov Azərbaycanın İspaniyadakı səfiridir.

//criminal.az