ABŞ-da məktəbdə silahlı insident baş verib, ölən və yaralananlar var

00:59 | 14.09.2017
23 dəfə oxundu

ABŞ-ın Spokan şəhərində (Vaşinqton ştatı) məktəbdə silahlı insident baş verib.

hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir

//APA