ABŞ dövlət katibi: “Türkiyə ordusunun Afrin əməliyyatından narahatıq”

17:59 | 22.01.2018

ABŞ dövlət katibi Reks Tillerson Türkiyə ordusunun Afrin əməliyyatından narahat olduqlarını bildirib.

R. Tillerson Türkiyənin təhlükəsizlik problemlərinin həlli üçün iki ölkənin birlikdə çalışaraq nələr edə biləcəyini görmək istədiklərini söyləyib.

ABŞ dövlət katibi qeyd edib ki, Suriyada hər iki tərəfdən təmkin və mülki itkilərin azalmasını istəyirlər: “ABŞ Suriyada sabitliyin bərqərar olmasına və daxili savaşın sona çatması üçün Cenevrə prosesinə diqqət yönəltməyə çalışır”.

//APA