ABŞ Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər

10:27 | 04.08.2018

ABŞ-ın ticarət nümayəndəsi Cefri Ceriş bildirib ki, Amerika hökuməti Türkiyənin idxal üçün imtiyaz proqramında (GSP) iştirakına yenidən baxır.

Bu barədə Birləşmiş Ştatların ticarət nümayəndəliyinin saytında dərc olunmuş press-relizdə bildirilir.

“Tramp administrasiyası Türkiyənin GSP-yə daxil olmaq meyarlarına riayət etməsindən narahatdır. Biz ümid edirik ki, Türkiyə onun ABŞ-ın rüsumsuz bazarına daxil olmasına yenidən baxmasına gətirb çıxara biləcək fikir ayrılığının həlli üçün bizimlə işləyəcək”, – deyə Ceriş əlavə edib.

Bəyanatda həmçinin qeyd olunur ki, Türkiyə ABŞ-dan idxalata 1,78 milyard dollar məbləğində əlavə tariflər tətbiq edib.

//Report