Adnan Oktar ilk ifadəsində nələr dedi? – “11 yaşlı qızı…”

10:40 | 19.07.2018
Türkiyədə və Azərbaycanda “Adnan hoca” olaraq tanınan, cinsi istismar, silahlı qruplaşma yaratmaq, silah saxlamaqda ittiham olunan “Türk İslam Camaatı”nın lideri Adnan Oktar həbs olunduqdan sonra ilk ifadəsini verib.
Adnan Oktar ona qarşı irəli sürülən iddiaları qətiyyətlə qəbul etməyib və “11 yaşlı qızı zorlamaq ittihamı isə böhtandan başqa bir şey deyil”, deyə bildirib: “O qızı anası gətirmişdi. Qəbul etmədim. Bağçada görüşdük, yola saldım. Çünki yaşı az idi. Mən qanuna və qaydalara riayət edən adamam. Mənə qarşı irəli sürülən iddiaların hamısı iftira və böhtandır. Mən Atatürkçü və milliyətçiyəm. Dərhal azad olunmağımı tələb edirəm. Mənim 3 min 500 lirədən başqa gəlirim yoxdur. Varlı deyiləm. Bütün həyatımı xalq görür. Çünki bütün ömrüm televiziya ekranları önündə keçirib. Xaricilərlə gizli görüşüm olmayıb. Keçirdiyim bütün görüşlər Türkiyənin lehinədir, əleyhinə deyil”.
Qeyd edək ki, “Adnan Oktar işi”ndə həbs edilənlərin sayı 143-ə çatıb. Onlardan 25 artıq ilkin dindirmədən sonra sərbəst buraxılıb.
///Lent.az