Ağ Ev: “Rusiya yenidən ABŞ-da seçkilərə müdaxilə edə bilər”

02:12 | 19.07.2018

Rusiya ABŞ Konqresinə keçiriləcək seçkilərə müdaxilə edə bilər.

Bunu Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib.

“Əlbəttə, təhlükə qalmaqdadır. Mümkün müdaxilənin qarşısını almaq üçün tədbirlər görülür. Əvvəlki administrasiyalardan fərqli olaraq, prezident Tramp müdaxilənin bir daha baş verməyəcəyinə əmin olmaq üçün qətiyyətli addımlar atır”, deyə S.Sanders qeyd edib.

Qeyd edək ki, 2018-ci ilin noyabrında ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək.

//APA