“Ailə ansambl”ına çevrilən Mərkəzi Elmi Kitabxana – Həkim, xaloğlu, bacıoğlu, kürəkən, rəfiqə və s…

00:10 | 10.10.2018

Mərkəzi Elmi Kitabxanada direktorun müavinləri və aparıcı şöbənin müdirləri qohum, qardaş, rəfiqələrdən təşkil olunub.

Bu barədə PİA.az-ın elektron poçtuna daxil olan məlumatda bildirilir. Belə ki, saytımıza daxil olan məlumatda bildirilir ki, Mərkəzi elmi Kitabxanaya ixtisasca həkim olan Leyla İmanova rəhbərlik edir. Leyla xanım həmçinin AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun həyat yoldaşıdır.

Məlumatda qeyd olunur ki, Leyla İmanova Mərkəzi Elmi Kitabxanaya direktor təyin olunduqdan sonra kitabxana kollektivi təəccüb doğuran hadisələrlə rastlaşıb. Qeyri ixtisas sahibləri kitabxanada mühüm vəzifələrə yerləşdirilib. Xanım direktor qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir təyin edib.

“Ailə ansanbl”ına çevrilən kitabxanada onlarla digər mütəxəsis kadırlar qeyri-peşəkarlarla əvəzlənib.