Amaliya Pənahovanın ölüm səbəbi bəlli oldu

11:05 | 08.11.2018

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

Editor.az xəbər verir ki, AZXEBER.COM-un əldə etdiyi məlumata görə, xalq artisti uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Yaxınlarının dediyinə görə, aktrisa Milli Onkologiya Mərkəzində müalicə alırmış.

Amaliya Pənahova xəstəliyi haqda məlumatı mediadan gizli saxlayıb və heç kimə bu haqda məlumat verməyib. O bu gün səhər saatlarında vəfat edib.