Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub

14:59 | 12.01.2018

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.

Bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.

Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.

//APA