”Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri..” – BAKIDA HAMI BU POLİSDƏN DANIŞIR

14:24 | 18.06.2018
Bakıda bir qrup şəxs ağacların kəsilməsinə etiraz ediblər. Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə kücəsi, bina 2-nin qarşısında ağacları kəsərək, bina tikmək istəyirlər. Sakinlər bayram günü tikintiyə sivil şəkildə etiraz edib.
Əraziyə polis əməkdaşları gəlib, sakinləri həbslə hədələyib. ”Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri”-deyə polis zabitlərindən biri qışqıraraq aksiyaçıları hədələyib.
//criminal.az