ATƏT sədri: “Həmsədrlərin səylərini dəstəkləməyə davam edəcəyik”

15:05 | 11.01.2018

“Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik”.

Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano ATƏT Daimi Şurasında ölkəsinin prioritetlərini açıqlayarkən deyib.

Qeyd edək ki, bu il yanvarın 1-dən ATƏT-ə İtaliya sədrlik edir.

//APA