Avroliqanın püşkü atıldı: kim kimə rəqib oldu?

17:05 | 23.02.2018
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə 8 cütlük müəyyənləşib.
Bu dəfə kor püşkdən istifadə olunub. Belə ki, komandalar artıq səbətlərə bölünməyib. Bütün iştirakçılar eyni səbətdən çıxarılıb. Eyni ölkə təmsilçilərinin bir-birinə rəqib olmaq imkanı olsa da, bu baş verməyib.
Bu mərhələdə erkən final adlandırıla biləcək qarşılaşmalar baş tutacaq. Bunlardan biri “Milan” – “Arsenal” görüşüdü. Favoritlərdən “Marsel”lə “Atletik”in qarşılaşması da azarkeşlərə maraqlı mübarizə vəd edir.
“Qarabağ”ın Çempionlar Liqasında rəqib oldubu və iki oyunda heç-heçə etdiyi “Atletiko” Moskvaya səfər edəcək. Belə ki, püşk Madrid klubunu “Lokomotiv”ə rəqib edib.
Avropa Liqası
1/8 final
“Latsio” (İtaliya) – “Dinamo” (Ukrayna)”Leypsiq” (Almaniya) – “Zenit” (Rusiya)
“Atletiko”, (İspaniya) – “Lokomotiv” (Rusiya)
ÇSKA (Rusiya) – “Lion” (Fransa)
“Marsel” (Fransa) – “Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya) –  “Viktoriya” (Çexiya)
“Borussiya” (Dortmund, Almaniya) – “Zalsburq” (Avstriya)
“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə)
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 8-də və 15-də keçiriləcək.
///Qaynarinfo