AXCP üzvü anasını döyüb, polisə düşdü, siyasi məhbus dəllalları pula görə dalaşdı – Kərimli cəbhəsində gərginlik

06:42 | 07.11.2018

Hazırda AXCP tərəfdarları və Milli Şura üzvləri arasında qalmaqallar yaşanır. Bu qalmaqallar adət-ənənələrimizlə, ictimai əxlaqla, mənəvi dəyərlərlə bir araya sığmır. Özlərini mövcud hakimiyyətə alternativ kimi təqdim edənlərin sosial-siyasi həyatlarında elə olaylar yaşanır, adam mat qalmaya bilmir. Özgə vaxt hər kəsə əxlaq və dürüstlük dərsi keçənlər sən demə, çox ayıb işlərlə məşğul olur. Zatən, bu adamların gerçək siması Azərbaycan ictimaiyyətinin siyasətlə maraqlanan və qəzet oxuyan təbəqəsinə yaxşı tanışdı.

Zaman-zaman Ə.Kərimlinin rəhbərlik etdiyi dəstə üzvləri arasında müxtəlif qalmaqallar yaşanır. Bunlar da sosial və peşəkar mediaya yansıyır. Musavat.com növbəti bu cür qalmaqallı olaylar haqda məlumatı oxucuların diqqətinə çatdırır.

Bu günlərdə AXCP tərəfdarı Fatimə Mövlamlı (özünü jurnalist kimi qələmə verir) oktyabrın 23-də DİN Binəqədi RPİ-nin 4-cü bölməsi tərəfindən saxlanılıb. Buna səbəb Fatimə Mövlanlının öz anasını döyməsi və sonuncunun bununla bağlı polisə şikayət etməsi olub. AXCP funksionerləri bu biabırçılığı ört-basdır etmək üçün məsələni siyasiləşdirmək istəyiblər. AXCP nomenklaturası həmişəki populist şüarlardan, nimdaş arqumentlərdən istifadə edərək, olaya başqa don geydirməyə çalışıblar. Onlar F.Mövlamlının polisə çağırılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirib, “Azərbaycan xanımına (yəni Fatimə Mövlanlıya-red.) qarşı bu cür addımlar atılmasını” pisləyiblər.

Fatimə Mövlamlı da özü ilə bağlı məsələni böyütmək və siyasiləşdirmək istəyib. O, oktyabrın 24-də sərbəst buraxıldıqdan sonra facebook profilində status yazaraq “doğması” saydığı şəxslə (diqqət edin, anası demir-red.) mübahisə etdiyini və onun şikayəti əsasında polis bölməsinə çağırıldığını bildirib. Onun fikrincə, polis bundan istifadə edərək siyasi fəaliyyətinə görə ona təzyiqlər edib.

movlamli.JPG (71 KB)

Özgə vaxtı milli-mənəvi dəyərlər haqda xor oxuyan AXCP üzvləri bu biabırçılığa qarşı çıxıb, öz partiya yoldaşlarını qınamaq əvəzinə, onu müdafiə ediblər. Bu azmış kimi, yalan danışıblar. Bir övladın anasına əl qaldırmaq kimi iyrənc və mənəviyyatsız hərəkəti pərdələyərək, həqiqəti ictimaiyyətdən gizlətməyə çalışıblar.

***

Bir başqa qalmaqal da oktyabrın 30-da baş verib. Belə ki “Turan” TV-nin və “Azadlıq” qəzetinin jurnalisti Təzəxan Mirələmli Avropa İnsan Haqları Məhkəməsi tərəfindən ona ayrılmış kompensasiyanın gec verilməsinə etiraz olaraq Prezident Administrasiyası qarşısında özünü yandırmağa cəhd göstərib. Lakin həmin vaxt hakimiyyət təmsilçilərinin müdaxiləsindən və “cəbhəçi”lərin çoxsaylı yalvarışlarından sonra bunun qarşısı alınıb.

eli1.JPG (26 KB)

(Təzəxan Mirələmliyə “cəbhədaşlarının” facebook çağırışı)

Müxalifət maskası taxaraq, siyasi məhbus və mühacir dəllallığı ilə məşğul olan xeyli sayda AXCP üzvünün olduğu heç kimə sirr deyil. Zaman-zaman müxalifət düşərgəsində bu alverdən əldə edilən qənimətlər üstündə davalar düşdüyü də çoxlarına məlumdur. Belə davalardan biri bu günlərdə yenə yaşanıb. Musavat.com-a daxil olan məlumata görə, Milli Şura üzvlərinin pul davası “Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” adlanan qurumda da davam edir. Milli Şura Koordinasiya Mərkəzinin (diqqət yetirin, bu, Milli Şuranın ali rəhbər orqanında təmsil olunan şəxslərdir-red.) üzvləri Eldəniz Quliyev və Oqtay Gülalıyevin  Avropadan gələn maliyyə vəsaitini bölüşdürə bilməməsi böyük qalmaqala səbəb olub. Siyasi məhbusların müdafiəsi ilə bağlı heç bir real iş görə bilməyən bu şəxslərin maliyyə vəsaiti əldə etmək uğrunda davası yeni bir təşkilatın yaradılması ilə nəticələnib.

kollaj elibala.jpg (801 KB)

http://www.turan.az/ext/news/2018/11/free/Social/az/76345.htm

Belə ki, Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev (Azərbaycan Ziyalılar Birliyinin sədri)  və Hilal Məmmədov (“Tolışi Sədo” qəzetinin baş redaktoru) birləşərək “Siyasi Məhbuslara Azadlıq” ittifaqını yaradıblar. Oqtay Gülalıyevin rəhbərlik etdiyi dəstə isə “Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” çərçivəsində fəaliyyətlərini davam etdirirlər.

Musavat.com bu cür qalmaqallı olaylar barədə növbəti günlərdə əlavə məlumatlar verəcək.