Aynişan əməliyyat olundu

12:26 | 10.02.2018
Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva əməliyyat olunub.
Editor.az  xəbər verir ki, bu barədə müğənninin özü sosial şəbəkədə yazaraq məlumat verib.
O, bildirilib ki, Aynişan uzun müddət gözü ilə bağlı problem yaşayıb: “Həkim qızımın gözlərini əməliyyat etdi, nəhayət ki, Aynişan eynəklərdən xilas oldu”.