Azərbaycan Gürcüstandakı meşə yanğınının söndürülməsi üçün helikopter göndərib

19:41 | 23.09.2017
102 dəfə oxundu

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş “Ka-32A” helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

//APA