Azərbaycan iqtisadiyyatı artacaq – Dünya Bankından proqnoz

11:25 | 10.01.2018
Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,9 faiz səviyyəsində artacağını proqnozlaşdırır.
Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Global Economic Prospects” hesabatında deyilir.
Ötən ilin iyununda çıxan əvvəlki hesabatda Dünya Bankı ölkə ÜDM-nin cari ildə 0,3 faiz, 2019-cu ildə isə 0,2 faiz artacağını proqnozlaşdırmışdı.
Bankın analitiklərinin gözləntilərinə görə, gələn il ölkə iqtisadiyyatı 1,5 faiz, 2020-ci ildə isə 2,6 faiz artacaq.