Azərbaycan Ukraynaya 7,2 mln. dollarlıq elektrik enerjisi ixrac edib

14:13 | 30.08.2017
68 dəfə oxundu

Bu ilin ilk yarım ilində Azərbaycandan Ukraynaya 7 mln. 249,19 min ABŞ dolları dəyərində 166 mln. 595,56 min kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

 

bu ilin ilk yarım ilində Ukraynadan Azərbaycana isə 1 mln. 828,72 min dollar dəyərində 45 mln. 178,9 min kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, bu ilin 6 ayında Azərbaycan ümumilikdə 25 mln. 98,74 min ABŞ dollar dəyərində 584 mln. 427,36 min kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

Bu ilin yanvar-iyul ayları ərzində Ukrayna ümumilikdə elektrik enerjisinin ixracını 2014-cü ilin analoji dövrü ilə müqayisədə 43% artıraraq 1 mlrd. 58,61 mln. kVt/saata çatdırıb. Həmin müddət ərzində ixrac edilən elektrik enerjisinin həcmi 3 mlrd. 518,895 kVt/saat təşkil edib.

2017-ci ilin iyul ayına olan vəziyyətə görə, ümumilikdə Ukraynanın elektrik enerjisinin ixracı təxminən 355,074 mln. kVt/saat təşkil edib ki, bu da 2016-cı ilin yayı ilə müqayisədə 30,9% çoxdur.

 

//APA