Azərbaycanda 25 yaşlı oğlan ad günündə özünü güllələdi

12:42 | 13.03.2018
Şabran rayonunda intihar faktı qeydə alınıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gəndob kəndində baş verib. Kənd sakini, 1993-cü il təvəllüdlü İbrahimov Müşfiq Mənsur oğlu doğum gününü qeyd etdikdən sonra özünü ov tüfəngi ilə vuraraq öldürüb.
Faktla bağlı araşdırmalar aparılır.