Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO

14:07 | 25.09.2018
Azərbaycanda yeni unikal silah istehsal olunub.
Editor.az “report”a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.
Əllə idarə olunan və 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir
Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.
Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.