Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi

11:14 | 05.02.2018
Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalyıb.
Editor.az xəbər verir ki, sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunub və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.