Azərbaycanda növbəti doğuş faciəsi – Körpə öldü

10:22 | 10.08.2018
Gəncə şəhərində körpə doğuş zamanı ölüb.
Editor.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən özəl klinikalardan birində baş verib.
Gəncə şəhər sakini,1994-cü il təvəllüdlü Mahirə Mahir qızı Qarayevanın dünyaya gətirdiyi körpə doğuş zamanı ölüb.  Körpənin ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.