Azərbaycanda Ramazan tətili başlayır: neçə gün iş olmayacaq?

10:09 | 14.06.2018
Sabahdan Azərbaycanda Ramazan bayramı münasinbətilə tətil başlayır.
Editor.az xəbər verir ki, bu il Ramazan bayramı 15-16 iyuna təsadüf edir.
İyunun 15-i həm də Milli Qurtuluş Günü, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. 18 iyun – bazar ertəsi və 19 iyun – çərşənbə axşamı da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 5 gün qeyri-iş günüdür.