Azərbaycanda yeni ana olan 26 yaşlı qadın küçədə öldü – TƏFƏRRÜAT

12:12 | 22.10.2018

Balakən rayonunda mərkəzi xəstəxananın əməkdaşı olan 26 yaşlı qadının küçədə qəfil ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Balakən şəhəri Heydər Əliyev prospektində halı pisləşərək qəfil vəfat edən 1992-ci il təvəllüdlü Şibliyeva Aygün İlqar qızı hadisədən 10 gün əvvəl ana olubmuş. Belə ki, oktyabrın 9-da A.Şibliyeva mərkəzi xəstəxananın doğum şöbəsinə yerləşdirilib və təbii yolla oğlan usağı dünyaya gətirib. Oktyabrın 15-də o, xəstəxanadan evə buraxılıb. 5 gün sonra isə dayanacaqda marşrut gözləyən zaman qəfildən onun halı pisləşərək yıxılıb. 26 yaşlı Aygün xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirili ki, gənc qadın doğuşdan sonra bərpa prosesini yaxşı keçirməyib. O, doğuşdan bir həftə sonra işə çıxmağa başlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

///Publika.az