Azərbaycandakı sürüşmə sahələri aktivləşdi – SON DURUM

13:20 | 05.10.2017

Respublika ərazisindəki əsas sürüşmə sahələrində son durum açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov lent.az-a açıqlamasında bildirib ki, son günlər güclü yağıntılar nəticəsində Abşeron yarımadasında Bozdaş, Hökməli sürüşmə sahələrində aktivlik hələ də davam edir.

Həmçinin, Binəqədi rayonunun Zəli gölü deyilən ərazisində əvvəllər baş vermiş sürüşmə sahəsində də aktivlik müşahidə olunur.

Ə. Qaralovun sözlərinə görə, Abşeron rayonunun Günəşli yaylasında, Zığda qədim sürüşmə sahəsində də nisbi aktivlik var.

Son dövrlər yağan atmosfer yağıntıları nəticəsində Lənkəran-Lerik yolunun 27-ci və 29-cu, eyni zamanda 42-ci və 47-ci km-dəki sürüşmə sahələrinin dinamikasında müəyyən qədər aktivlik qeyd olunur.

Ə. Qaralov deyib ki, Şamaxı rayonunun 48-ci məhəllə deyilən ərazisində əvvəl baş vermiş sürüşmə ərazisində aktivlik proses gedir. Çuxuryurd – Qızmeydan yolu, Muğanlı-İsmayıllı yolunda olan sürüşmə sahələrinin dinamikasında da yenə aktivlik var. Eyni zamanda Bakı-Şamaxı yolunun 106 – 111-ci km-də, Bakı – Ağsu magistral avtomobil yolunun 132 – 156 -cı km-də də ay ərzində uçqun tipli sürümə prosesləri baş verib.

//lent.az