Azərbaycanın 33 rayon və şəhərinə dövlət pul ayırmayacaq

15:27 | 13.11.2017

2018-ci ilin dövlət büdcəsinin gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 651 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 4 milyon manat çoxdur.

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Gələn il də rayon və şəhərlərin yerli xərclərinin 424 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 3 mln. manat çoxdur: “2018-ci ildə xərclərini öz gəlirləri hesabına təmin edəcək 33 rayon və şəhər istisna olmaqla yerdə qalan hissənin yerli xərclərinin tənzimlənməsi üçün dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclər üçün ayrılan maliyyə yardımının yerli xərclərin tərkibində xüsusi çəkisi 10,1% olacaq ki, bu da cari illə müqayisədə 0,2 faiz-bənd aşağıdır. Natural ifadədə isə maliyyə yardımının məbləği əvvəlki ilə nisbətən 1 milyon manat azalaraq 73 milyon manat olacaq”.

//APA