Azərbaycanın “İnterpol” xəttilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

16:55 | 08.10.2018

Azərbaycan dövlətinin “İnterpol” xəttilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə beynəlxalq axtarışda olan 36 yaşlı Eltun Nəbiyev Ukraynanın paytaxtı Kiyevdə saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının “İnterpol” tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlaması barədə xəbər yayılmışdı.