Azərbaycanlı kriminalın “oğru” adı özünə qaytarıldı

14:59 | 17.10.2017

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Krestı” həbsxanasında cəzaçəkən “Albert Rıjiy” ləqəbli avtoritet Əli Əhmədov Moskvaya etap olunub.

“Albert Rıjiy”lə bərabər, “Krestı” həbsxanasında “polejeniya”ya baxan “Sanya Qoça” ləqəbli qanuni oğrunun məktubu da Moskvadakı 4 saylı cəzaçəkmə müəssiəsinə daxil olub.

Həmin məktubda Moskvadakı dustaqlara bildirilir ki, “Albert Rıjıy” qanuni oğrudur, onun adına hörmət edilməlidir. “Gəlin onu Oğru Evimizdə” salamlayaq, uzun ömür, can sağlığı, sevinci günlər arzulayaq”.

Xatırladaq ki, Əli Əhmədov 1981-ci ildə Gəncədə anadan olub. 2012-ci ildə qanuni oğru adını alıb. 2014-cü ili iyunun 9-da Türkiyənin Ədirnə şəhərində saxlanılıb.

Elə həmin ay Türkiyədə Lotu Qulinin qardaşı “Namiq Bakinski”, “Nika Qaqqrinski”, “Qoça Rustavski, “Rafət Əli Bayramlisnki”, “Ceyhun Gəncinski” və daha bir neçə nəfərin iştirakıyla keçirilən “sxodkada” qanuni oğru adı əlindən alınıb.

Əli Əhmədov Sankt-Peterburq şəhər Frunze rayon məhkəməsinin qərarıyla 7 il müddətinə azadlıqdan məhrum edilib. O, 1921-ci ildə həbsdən azad edilməlidir.

///lent.az