Azadlığa çıxan keşişlə xanımı Almaniyaya yola düşdü – VİDEO

23:40 | 12.10.2018

Ev dustaqlığından azad edilən amerikalı keşiş Endryu Branson həyat yoldaşı Norine Bransonla birlikdə Türkiyəni tərk edib.

Editor.az xəbər verir ki, keşişlə xanımı xüsusi təyyarə ilə Almaniyaya gedib.

İzmirdə hava limanında güclü təhlükəsizlik tədbirləri görülüb. Bransonlar 2 gün Almaniyada qaldıqdan sonra ABŞ-a yola düşəcəklər.