“Bəzi ərli qadınlar az qalır gecə administratoru, fotoqrafı evinə aparsın” – Aktrisa ərinə xəyanət edən qadınları yıxıb-sürüdü

03:58 | 05.12.2017

Daim qalmaqallı açıqlamaları ilə diqqət çəkən aktrisa Könül Yusif qızı bu dəfə bəzi ərli qadınları hədəf alıb. Aktrisa ərinə xəyanət edən qadınlarla bağlı sosial şəbəkə hesabında maraqlı açıqlamaları ilə yadda qalıb.

Könülün sözügedən açıqlamasını təqdim edirik:

“Bəzi toylarda bəzi ərli qadınlar az qalır “muzikant”, ofisiant, administrator, operator, fotoqrafı da gecə ər qarışıq evə aparsın. Allah gözünüzü doydursun, əriniz var da…, bir abır-həya eləyin də…! Nədir, öhdəlik götürmüsünüz? Plan doldurursunuz?

Ər maygülü də kişi-kişi oturub yanında, tualetə də özu aparır ha. Guya qoruyur. Elə də abırlı geyindirir, xirtdəyəcən bağlı. Ta demir, tualetə aparmaqla, bağlı geyindirməklə deyil. Göz, qaş, baxış dinc dayanmır”.