Bacısının ərinə aşiq olan qadından ona qarşı vəhşilik – FOTO

13:12 | 27.10.2017

Yeznəsinə aşiq olan qadın bacısını öldürüb.

Dayə işləyən qadın bacısının boğazını və əlini kəsib öldürdüyünə görə ömürlük həbs cəzası alıb.

İngiltərənin Bedfordşir qraflığında yaşayan Pakistan əsilli Sabah Xan adlı 27 yaşlı qadın bacısının əri Hefeez Rehman-a aşiq olub. Onlar bir neçə dəfə cinsi əlaqədə olublar. Bir müddət sonra Rehmanın ona qarşı diqqəti azalıb. Bundan qıcıqlanan qadın Rehmanı bacısına qısqanıb. O, Rehmanı bacısının əlindən almaq istəyib.

Qadın bacısını öldürmək üçün Pakistandan bıçaq sifariş edib.

Sabah bacısını aldadaraq evə çağırıb və o, otağa girəndə onu 68 yerindən bıçaqlayıb, boğazını və əlini kəsib.

Qeyd edək ki, Rehmanın öldürülən qadından 3 övladı var.

///Milli.Az