Bakı aeroportunda problem – Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir

15:15 | 10.08.2018
Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.
Editor.az xəbər verir ki, sərnişlərin Report-a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.
Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.