Bakı şəhər Dövlət Yol Polis İdarəsinin “Gelandewagen” ovu – Bahalı avtomobillər niyə cərimə meydançalarına yığılır?

14:01 | 14.11.2017

Son günlər Bakı şəhərində baş verənlər onu göstərir ki, Malik İbrahimov Müşfiq Əliyevə qarşı “savaş” açıb.

Saxtalaşdırılmış qərarlar arxasında gizlənən kimdir sualıda medianın gündəminə gəlməkdədir. Bir zamanlar Şıxov restoranlarında Ramiz Zeynalovun yaxın qohumları ilə gününü-gün edən Müşfiq Rəhimov indi Malik İbrahimovla qarşı qarşıya gəlib.
Bir neçə gündür BŞDYP əməkdaşları 100-ə yaxın “Gelandewagen” cərimə meydançasına aparılıb. “Gelandewagen”lərin cərimə meydançasına aparılma səbəbləri isə çox gülünc olub. “Gelandewagen” istehsal edən şirkətin avtomaşına quraşdırdığı avadanlıqların məhs BŞDYP tərəfindən standartalar cavab vermədiyi və bu avadanlıqların qanuna zidd olduqları qeyd edilib. Mator gücü 6.3 olan “Gelandewagen” hansı səsi çıxarmalı olduğunu DYP əməkdaşlarına sual verən yoxdur.

– Mator gücü 6.3 olan “Gelandewagen” əgər bu avadanlıqlar qadağandırsa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu avtomobilləri necə qeydiyyata alıb?

– Bu avtomobillərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən şəhadətnamələr qanunsuz olaraq verilib?

– Ümummillikdə BŞDYP idarəsinin atdığı addım BDYP idarəsinin verdiyi qərarların təqzib etmirmi?

Bu gün Bakı Şəhər Dövlət Yol Polis idarəsinin keçirdiyi reydlər zamanı həbs qoyulan bahalı avtomobillərin sahibləri minik vasitələrini DYP-nin siqnal dayanacaqlarından çıxara bilmirlər. Sürücülər bu vəziyyətlə qarşılaşmalarının səbəbinə izah tapa bilməməsindən gileyləniblər. Əslində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən deyil, məhs DYPİ-də şöbə rəisi vəzifəsində çalışan Malik İbrahimovun şəxsi göstərişi əsasında avtomobillər dayanacaqlara qoyulub. Həmin avtomobillərin cərimə meydançalarından çıxarılması üçün isə yüksək məbləğlərin yığıldığı məlumatı mediaya sızdırılıb.

Bakı şəhər DYP əməliyyatı bir daha göstərir ki, Müşfiq Rəhimov rəhbərlik etdiyi qurumda başına buyruq davranmaqda,qanunları tanımaması fikri yaranmaqdadır. Malik İbrahimobvun keçirdiyi “Gelandewagen” ovu bunu deməyə əsas verir. “Gelandewagen” verilən Şəhadətnamələrin məhs qanunsuz verilməsi BŞDYP tərəfindən iddia edilirsə artıq buna iki qurumun bir- birinə zidd getməsi qanundakı boşluqlardan hərə öz xeyrinə istifadə etmiş anlamı yaranmaqdadır.
Ölkədə atomobillərlə bağlı verilən qərarlar və Respublika DYP sənətlərlə hər bir şeyin qanuni getdiyin deyir, Bakı Şəhər DYP-si isə sözlə bunun düzgün olmadığın iddia edir. Məsələyə yəqin ki, qanuni qiymət verilməsi məsələsinə aydınlıq veriləcəkdir. Aldığımız məlumata görə, 6 gündür həbs edilən “Gelandewagen”lər cərimə meydançalarında saxlanılı. Verilən məlumatda həmçinin həmin bahalı avtomobillərin 300-500 manat arası “şirinlik” ödənildikdən sonra buraxılacağı gözlənilməkdədir -deyə sürücülər qeyd edib.

Məsələ diqqətimizdədir. Bizi izləməyi unutmayın.

//Bakunews.az