Bakıda avtobus yük maşınına çırpıldı: yaralılar var

10:18 | 20.07.2018
Bakı şəhərinin Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Lökbatan qəsəbəsi ərazisində “Qazel” markalı, 10 JJ 753 dövlət qeydiyyat nişanlı mikroavtobus ZİL markalı yük maşınına çırpılıb. Nəticədə mikroavtobusda olan 13 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya aparılıb.
Yaralıların əksəriyyəti qadınlardır.
Faktla bağlı araşdırmalara başlanılıb.
///Lent.az