Bakıda bağçada uşaqların döyülməsi məsələsi – Milli Məclisdə

13:56 | 12.06.2018
“Azərbaycanda məktəbəqədər təhsillə, xüsusilə uşaq bağçalarındakı vəziyyətin təkmilləşdirilməsi ilə bağlı araşdırmalar gedir”.
Editor.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deputat Fazil Mustafanın ötən gün Bakıdakı bağçalardan birində tərbiyəçinin uşaqlara fiziki təzyiq göstərməsi barədə fikirlərinə cavab olaraq bildirib.
MM sədri deyib ki, məktəbəqədər təhsillə bağlı texniki peşə məktəbləri, o cümlədən ali məktəblərdə fakültələr var: “Amma bu məsələ bir qədər fərqlidir və bununla bağlı araşdırma gedir”.
F. Mustafa çıxışında Yaponiyada bağçada qadınlara tərbiyəçiliyinin qadağan edildiyini, əvəzində kişilərin bu işə cəlb olunduğunu  nümunə gətirərək, Azərbaycanda da buna oxşar sosial eksperimentin keçirilməsini təklif edib.