Bakıda cəmi 3 nəfər Şaxta baba olmaq istəyir

12:12 | 08.12.2017
Bakıda Yeni ildə Şaxta baba olmaq üçün 3 nəfər müraciət edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.
Qurum rəsmisi bildirib ki, daxil olan müraciətlər araşdırılır: “Hələlik müraciətlərə cavab verilməyib. Yaxın günlərdə müraciətlərə baxılacaq. Şaxta baba və Qar qızın fəaliyyət göstərməsinə dekabrın 15-dən sonra icazə veriləcək”.
Ə.Bağırov əlavə edib ki, artıq paytaxt ərazisində parklarda və digər ərazilərdə Yeni il ağaclarının quraşdırılmasına da başlanılıb.