Bakıda çimərlikdə faciəvi hadisə

17:05 | 17.07.2017
259 dəfə oxundu

Bakıda çimərlikdə ölüm hadisəsi baş verib.
Türkan qəsəbəsindəki çimərlikdə 1978-ci il təvəllüdlü Arif Dadaşovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası yetişincə o keçinib.
İlkin məlumata görə, A.Dadaşov ürək tutmasından vəfat edib.
Araşdırma aparılır.

///lent.az