Bakıda gecə küçədən körpə qız tapılıb – Onu itlər parçalayacaqdı

12:02 | 16.10.2018
Bakıda gecə saatlarında küçə itləri tərəfindən parçalanma təhlükəsiylə üz-üzə qalan körpə qız uşağı tapılıb.
Uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib.
Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına müraciət edib.
Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə olduğu və qaraçı ailəsinə məxsus olduğu bəlli olub.
Özünü nənəsi kimi təqdim edən qadın, Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində olduğu deyib.
Lalənin nənəsi və qohumu uşağın oğurlanaraq dilənmək məqsədilə küçəyə atıldığını iddia edir. Onların bu iddiası bu gün “Səni axtarıram”da araşdırılacaq.
Artıq məsələ ilə bağlı hüquq mühafizə orqanları da iş aparır.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Lalənin ailəsinə qaytarılmayacağını deyir: “Yox, əsla düşünməyin ki, bu körpə ailəsinə qaytarılacaq! Laləni nəzarətsiz qoyduqlarına görə cavab verəcəklər”!
///Baku.ws