Bakıda itkin düşən 17 yaşlı qızdan xəbər var

10:05 | 24.06.2017
Bir neçə gün əvvəl Bakı şəhərinin Maştağa qəsəbəsində itkin düşən 17 yaşlı qız tapılıb.
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları evdən qaçmış Nərmin İsmayılzadəni (ad şərtidir) paytaxt ərazisində taparaq ailəsinə təhvil veriblər.
17 yaşlı qızın evdə olmadığı müddətdə harada qalması, nə iş görməsi hələlik məlum deyil.

/// Lent.az