Bakıda qadını intim şəkilləri ilə şantaj etdi – 70 000 dollar istədi

14:37 | 12.07.2018
Bakıda qadını şantaj edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Editor.az-a verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir qadını şəkillərini internetdə yayacağı ilə hədələyib 70 min dollar pul tələb edən Bakı şəhər sakini Osman İsgəndərov saxlanılıb.